MY istəyir, Ançelotti razı deyil

“Mançester Yunayted” klubu “Everton”un hücumçusunu transfer etmək niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Everton”un futbolçusu Riçarlison “qırmızı şeytanlar”ın maraq dairəsindədir. Komandaya hücumçu transferi istəyən baş məşqçi Ole-Qunnar Sulşerin əsas hədəfinin braziliyalı futbolçu olduğu bildirilir.

“Mançester Yunayted”in 22 yaşlı futbolçu üçün 70 milyon funt-sterlinqlik təklif hazırladığı deyilir. “Everton”un yeni baş məşqçisi Karlo Ançelotti isə Riçarlisonun gedişinə müsbət yanaşmır.

2018-ci ildən “Everton”un şərəfini qoruyan Riçarlisonun klubla müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 23 oyunda 8 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button