MY də istəyir – “Çelsi” ilə PSJ-nin hədəfindəki futbolçunu

“Mançester Yunayted” “Milan”ın hücumçusu Rafael Leaonu transfer etmək üçün yarışır.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. Portuqaliyalı futbolçu ilə “Çelsi” ilə PSJ də maraqlanır və parislilər onun üçün 150 milyon avro ödəməyə hazırdır.

Daha əvvəl bildirilmişdi ki, “Milan” Leao ilə yeni müqavilə imzalamaq niyyətindədir, lakin hələlik futbolçu klubun son təklifini rədd edib.

Leao “Milan”a 2019-cu ildə, “Lill”dən 29,5 milyon avroya keçib. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatır. Futbolçunun bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button