MY Ceydon Sançonun gələcəyi ilə bağlı qərar verib
“Mançester Yunayted” qış transfer pəncərəsində icarə əsasında Dortmund “Borussiya”sına keçən ingilis vinger Ceydon Sançonun gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi futbolçunu 50 milyon funta satmağa hazırdır.
23 yaşlı hücumçu keçidindən sonra “Borussiya”nın heyətində bütün turnirlərdə üç oyun keçirib və bir məhsuldar ötürmə edib.
“Borussiya” 37 xalla Almaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin