MY ispaniyalı müdafiəçinin namizədliyini gözdən keçirir
“Çelsi”nin və “Barselona”nın keçmiş müdafiəçisi Markos Alonso İngiltərə Premyer Liqasına qayıtmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Mançester Yunayted”lə müqavilə imzalamağa razıdır.
Luk Şounun zədəsi səbəbindən “qırmızı şeytanlar” yeni müdafiəçi almaq üçün transfer bazarına çıxmaq istəyirlər.
“Mançester Yunayted” büdcə variantı axtarır. Belə ki, Alonsonun azad agent statusu və Premyer Liqa təcrübəsi nəzərə alınmaqla yaxşı namizəddir.
“Qırmızı şeytanlar” “Tottenhem”dən Serxio Reqilonu yenidən icarəyə götürmək variantını da nəzərdən keçirirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin