
“Mançester Yunayted” seneqallı hücumçu ilə maraqlanır
“Çelsi”nin hücumçusu Nikolas Cekson “Mançester Yunayted”in transfer hədəfləri arasında qalmaqda davam edir.
London təmsilçisi hücum xəttini Liam Delap və Joao Pedro ilə gücləndirdiyindən, seneqallı futbolçunun satılması istisna olunmur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” artıq “Mançester Yunayted”i Ceksonla bağlı tələbləri barədə məlumatlandırıb.
Bununla belə, “qırmızı şeytanlar” hazırda 24 yaşlı futbolçunun namizədliyini müzakirə etsələr də, heyətdən kimisə satmadan rəsmi danışıqlara başlama ehtimalı azdır.
Cekson 2024/25 mövsümündə 37 oyunda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



