MY bu gün müzakirə aparacaq – “Ayaks”la

Bu gün “Mançester Yunayted” və “Ayaks” müdafiəçi Lisandro Martinesin transferini müzakirə edəcək.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Amsterdam klubu “qırmızı şeytanlar”ın müdafiəçi ilə bağlı son təklifini rədd edib və onu yalnız öz şərtləri ilə satmağa hazırdır.

Xəbərdə qeyd olunur ki, Martinesin özü də karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istədiyi üçün keçiddə israrlıdır.

Lisandro Martines ötən mövsüm Amsterdam komandasının heyətində bütün yarışlarda 36 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button