![](https://komanda.az/wp-content/uploads/2024/09/ederson-lourenco.jpg)
MY braziliyalı futbolçu üçün yeni danışıqlar aparacaq
“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək üçün səylərini davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın həftələrdə braziliyalı futbolçu ilə bağlı yeni danışıqlar aparılacaq.
“Qırmızı şeytanlar”la yanaşı, “Mançester Siti” və digər Premyer Liqa klublarının da Edersonla maraqlandığı bildirilir. “Atalanta” 25 yaşlı yarımmüdafiəçini 60 milyon avroya dəyərləndirir.
Ederson bu mövsüm Can Pyero Qasperininin komandasında 34 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Atalanta” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin