MY PSJ-nin futbolçusu üçün hərəkətə keçir

Cari mövsümün sonunda PSJ-dən ayrılması gözlənilən Tomas Munye karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” 28 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Qırmızı şeytanlar” mövsümün sonunda müdafiəçini azad agent olaraq transfer etmək üçün hərəkətə keçməyə hazırlaşır.

PSJ ilə müqaviləsi iyunda bitəcək Munye, “Borussiya”nın (Dortmund) da maraq dairəsindədir.

Belçikalı futbolçu 2016-cı ildən PSJ-nin şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button