MY “Bayern”in 3 futbolçusunu istəyir

“Bayern”in üç futbolçusu “Mançester Yunayted”in maraq dairəsindədir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi gözünü müdafiəçi Alfonso Deyvis, yarımmüdafiəçi Leon Qoretska və vinger Leroy Saneyə dikib.

Birinci və ikincinin “Bayern”lə müqavilələri 2025-ci ilə qədər qüvvədədir. Sanenin klubla sözləşməsi isə 2026-cı ildə başa çatacaq.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə uğursuz başlayıb. Erik ten Haqın komandası ölkə çempionatının 7 turundan sonra 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button