MY “Barselona”nın tələb etdiyi pulu ödəyə bilmir

“Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməkdə çətinlik çəkir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, kataloniyalılar niderlandlı futbolçuya görə təxminən 75 milyon avro təzminat istəyir. “Mançester Yunayted” isə de Yonqa görə bu qədər pul ödəməyə hazır deyil. Çünki bu, “qırmızı şeytanlar”ın yay üçün transfer büdcəsinin böyük bir hissəsidir.

“Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haqın Frenki de Yonqla xüsusilə maraqlandığı bildirilir. Onlar “Ajaks”da birlikdə çalışıblar.

Frenki de Yonq 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib. O, bu mövsüm 46 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button