MY azarkeşləri Xavi haqda: “O, yəqin hələ də yarımmüdafiəmizdə oynaya bilərdi”

“Mançester Yunayted” azarkeşləri klubun Xavini baş məşqçi təyin etməkdə maraqlı olması ilə bağlı xəbərlərə münasibət bildirib.

İspaniya mətbuatı ötən həftə 45 yaşlı mütəxəssisə “qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Ruben Amorimin əvəzedicisi kimi baxılacağı xəbərini yayıb. “Mançester Yunayted” azarkeşləri bu xəbərə sosial şəbəkədə reaksiya veriblər.

Komanda.az xəbər verir ki, ən çox diqqət çəkən şərhləri “Euro-Football” internet nəşri paylaşıb:

“O, yəqin ki, hələ də yarımmüdafiəmizdə oynaya bilərdi”;

“Barsa”dakı qısa müddət məni onun hazırda klubda fərq yaratmaq üçün kifayət qədər yaxşı olduğuna inandırmağa kifayət deyil“;

“O, asanlıqla bizim ən yaxşı yarımmüdafiəçimiz olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button