MY azarkeşlərə müraciət etdi: “Vəziyyət kritikdir”
“Mançester Yunayted” rəhbərliyi azarkeşlərinə açıq məktubla müraciət edərək, klubun ağır maliyyə vəziyyətini izah etmək qərarına gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın azarkeşlərə müraciətində vəziyyətin kritik olduğu bildirilib:
“İndi reaksiya verməsək, feir-pley qaydalarına əməl etməyə bilərik. Vəziyyət kritikdir. Biz böyük itkilər çəkirik. Son 3 ildə 300 milyon funt sterlinqdən çox itki var. Bu daha çox davam edə bilməz. Bu, indi klubun məşğul olduğu müxtəlif sektorlardakı işçilərin maaşlarının azaldılması ilə nəticələnəcək. Üstəlik, son vaxtlar artıq bahalaşdığını nəzərə alsaq, biletlərin qiymətlərinin artırılması mümkündür”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin