MY “Atalanta”nın hücumçusu üçün təklif hazırlayır

“Mançester Yunayted” “Atalanta”nın hücumçusu Rasmus Hoylund üçün ilk təklifini hazırlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ”qırmızı şeytanlar” futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. “Atalanta” 20 yaşlı danimarkalı üçün təxminən 70 milyon avro istədiyini bildirib.

Bundan əlavə, İtaliya təmsilçisi “Mançester Yunayted”in öz oyunçularını müqaviləyə daxil etməsini istəmir.

Hoylund 2022-ci ilin avqustundan “Atalanta”da çıxış edir. O, 2022/23 mövsümündə İtaliya klubunda 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button