
“Mançester Yunayted” Argentina millisinin üzvü ilə maraqlanır
Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martines Premyer Liqanın başqa klubuna transfer oluna bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Tyc Sports” məlumat yayıb.
32 yaşlı qolkiperlə “Mançester Yunayted” maraqlanır. “Qırmızı şeytanlar” argentinalı qapıçıya artıq bu ilin qış transfer pəncərəsində maraq göstərmiş, ancaq sonda Andre Onanaya güvənmək qərarına gəlmişdilər.
Martines son mövsümdə “Aston Villa”nın heyətində 53 oyunda iştirak edib, 61 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlamağı bacarıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



