“Mançester Yunayted”in Rafinya planı

“Mançester Yunayted” transfer pəncərəsi bitməmiş hücum xəttini gücləndirməyi düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hücumçusu Antonini satıb, “Barselona”dan Rafinya Diası dəvət etmək istəyir.

“Mançester Yunayted” 60 milyon avro təklif etsə, “Barselona” baş məşqçi Hans-Diter Flikin planlarına daxil olmayan braziliyalı forvardı satmağa razı olacaq.

İngilislər iki il əvvəl Antoni üçün “Ayaks”a 95 milyon avro ödəmişdi. 24 yaşlı hücumçu İngiltərə Premyer Liqasının son mövsümündə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button