
57 ilin ən pis nəticəsi
“Mançester Yunayted” mövsümün ilk 10 matçında qapısından 18 qol buraxıb.
MY Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Qalatasaray”a uduzub (2:3).
Komanda.az xəbər verir ki, bununla da, “qırmızı şeytanlar” klub tarixində 57 ilin ən pis nəticəsini göstərib. 1966/67 mövsümündə komanda mövsümün ilk 10 matçında 20 qol buraxıb.
“Mançester Yunayted” növbəti oyununu oktyabrın 7-də Premyer Liqada “Brentford”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin