“Mançester Yunayted” Ançelottiyə təklif göndərib

“Mançester Yunayted” Karlo Ançelottini komandanın baş məşqçisi kimi görmək istəyir.

Komanda.az “MadridXtra”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Erik ten Haqın rəhbərliyi altında komandanın əldə etdiyi nəticələrdən narazıdır. Klub rəhbərliyi hazırda “Real”a rəhbərlik edən Ançelottiyə təklif göndərib.

“Kral klubu”nun italiyalı məşqçinin əvəzinə onun həmyerlisi Roberto De Zerbini gətirəcəyi gözlənilir. Rəhbərlik hazırda “Brayton”u çalışdıran 44 yaşlı məşqçi ilə danışıqlara başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button