MY Almaniya klubunun təklifini rədd edib

“Mançester Yunayted” Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço üçün icarə tələbini rədd edib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Almaniya klubu 23 yaşlı futbolçunu qışda açılacaq transfer pəncərəsində icarəyə götürmək üçün “qırmızı şeytanlar”la əlaqə saxlayıb. Lakin “Mançester Yunayted” rəhbərliyi bu təklifi rədd edib.

Sanço bu mövsüm İngiltərə Premyer Liqasında 3 oyun keçirib, qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button