
“Mançester Yunayted” də Kərim üçün yarışacaq
“Mançester Yunayted” Dortmund “Borussiya”sının vingeri Kərim Adeyemiyə iddialılar sırasındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu uzun müddət müxtəlif çempionatlardan böyük klubların “radar”ında olsa da, hələ transfer həddinə çatmayıb.
“Qırmızı şeytanlar” Adeyemi uğrunda mübarizədə “Bayern”, PSJ və “Çelsi” ilə yarışmalı olacaq.
Almaniyalı futbolçunun dəyəri 35 milyon avrodur və onun “Borussiya” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



