MY 85 milyon avroluq transferə hazırlaşır

“Mançester Yunayted”in “Lester”in müdafiəçisi Harri Maquayrı transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, komandanın baş məşqçisi Brendan Rocers və klub rəhbərliyi ilə görüşərək, “qırmızı şeytanlar”a transfer olunmaq istədiyini bildirib. Bu görüşdən sonra tərəflər arasında rəsmi danışıqların başlanacağı və futbolçunun “Mançester Yunayted”ə transferinin gerçəkləşməsi gözlənilir.

Mançester təmsilçisinin İngiltərə millisinin üzvü üçün “tülkülər”ə 85 milyon avro ödəyəcəyi bildirilir.

2017-ci ildən “Lester”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button