
“Mançester Yunayted” 65 milyon avroya hücumçu ala bilər
“Mançester Yunayted” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşi transfer etməkdə maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli forvard Portuqaliya klubunu 65 milyon avro müqabilində tərk edə bilər.
Daha öncə “Arsenal” da 26 yaşlı futbolçuya maraq göstərmiş və “Sportinq”lə razılığa gəlməyə yaxın olmuşdu.
O, 2023-cü ilin iyulunda İngiltərənin “Koventri” klubundan 24 milyon avroya “Sportinq”ə transfer olunub. Qyokereş daha əvvəl Premyer Liqada “Brayton”un heyətində də çıxış edib. O, son mövsümdə bütün turnirlərdə 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



