MY 60 milyon avro təklif edib – Braziliyalı üçün

“Mançester Yunayted” “Ayaks”ın hücumçusu Antoni üçün 60 milyon avro təklif edib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Amsterdam klubu 22 yaşlı braziliyalı üçün 80 milyon avro tələb edir.

Xəbərdə qeyd olunur ki, hücumçunun agentləri “Mançester Yunayted”dən gələn təklifi qəbul etmək üçün Amsterdam klubuna təzyiq edirlər.

Eyni zamanda, Antoni özü də İngiltərə klubuna keçmək istəyir, lakin o, danışıqların çətin olacağını anlayır.

Antoni ötən mövsüm “Ayaks”ın heyətində 33 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun Amsterdam klubu ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button