
MY 5 futbolçu ilə yeni müqavilə imzalayacaq
“Mançester Yunayted” 5 futbolçusu ilə müqaviləni uzatmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erik Ten Haq danışıb:
“Biz Rafael Varan və Antoni Marsialla danışıqlar aparırıq. Bunlar klubun və futbolçuların daxili işləridir. Biz həmçinin Aaron Van-Bissaka, Viktor Lindelöf və Hannibal Meybri üçün müqavilənin uzadılması variantını aktivləşdirmişik”.
“Qırmızı şeytanlar” 20 turdan sonra 31 xalla Premyer Liqada 8-ci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin