MY 4 milyon avroya müdafiəçi alıb
Gənc futbolçu Dieqo Leon karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paraqvaylı futbolçu 18 yaşı tamam olandan sonra, gələn ilin yayında “qırmızı şeytanlar”ın heyətinə qatılacaq.
İngiltərə klubu 17 yaşlı müdafiəçinin transferi üçün “Syerro Porteno”ya 4 milyon avro ödəyib. Müqaviləyə bonus ödənişləri də daxildir.
Leon cari mövsümdə Paraqvay çempionatında 19 oyuna çıxıb və 2 qol vurub.
“Mançester Yunayted” İngiltərə çempionatının 16 turundan sonra 22 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin