17 yaşlı futbolçu “Mançester Yunayted”in hədəfindədir

“Portu”da çıxış edən 17 yaşlı yarımmüdafiəçi Rodriqo Mora karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanına malikdir.

Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” nəşri məlumat yayıb.

“Mançester Yunayted” portuqaliyalı futbolçunu transfer etməkdə maraqlıdır. Onun müqaviləsindəki satın alma bəndi 45 milyon avrodur. O, bu mövsüm “Portu”nun heyətində 17 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

17 yaşlı futbolçunun “əjdahalar”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button