MY 16 yaşlı hücumçunu transfer edib

“Mançester Yunayted” “Kardiff Siti”dən 16 yaşlı hücumçu Qabriel Biançerini transfer edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” uelsli futbolçu ilə 4 illik sözləşmə imzalayıb. O, klubun gənclərdən ibarət komandasında çıxış edəcək.

Futbolçu keçidi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Biançeri Uels millisinin gənclərdən ibarət komandasında çıxış edib. Lakin o, gələcəkdə İngiltərə və ya İtaliya millisinin əsas komandasında çıxış edə bilər.

Qabriel Biançeri cari mövsümdə “Kardiff Siti”nin 18 yaşlı futbolçulardan ibarət komandasında 12 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button