Mourinyodan erməni futbolçu ilə bağlı açıqlama
“Mançester Yunayted”in sabiq, “Roma”nın indiki baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Henrix Mxitaryanla münasibətindən danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bir-birlərinə qarşı dürüst olduqlarını deyib:
“Mançester Yunayted”də olarkən insanlar nikbin idilər və Mxitaryanın mənimlə şansının olmayacağını söyləyirdilər. Deyirdilər ki, o, elə insanlardandır ki, bir şey yolunda getsə, bir daha yaxşı getməyəcək. Mən əksini sübut etdim. Biz bir-birimizə qarşı çox yetkin və dürüst idik”.
Erməni futbolçunun “Roma” ilə hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.
Mxitaryan bu mövsüm komandanın heyətində bütün matçlarda 43 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. O, 2016-2018-ci illərdə “Mançester Yunayted”də çıxış edib.
Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”i çalışdırıb.
Bizi Facebook-da izləyin