“Mxitaryan “Roma”da çıxış edir, yaxşı qollar vurur, əla performans sərgiləyir” – De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın TMW radiosuna müsahibə verib.

Komanda.az xəbər verir ki, millinin DÇ-2022-nin seçmə mərhələ oyunlarına hazırlığından danışan italyan mütəxəssis, Azərbaycanda koronavirusla bağlı vəziyyətə də toxunub:

“Martın 24-də Portuqaliya millisi ilə oyuna hazır olacağıq. Daha sonra Qətər və Serbiya milliləri ilə qarşılaşmalıyıq. Bir həftədə 3 oyun keçirəcəyik. Üstəlik, ehtiyatda nə qədər futbolçumuzun olduğunu bilmirik.

Azərbaycanda hər gün minə yaxın yoluxma olur. Dekabrın 11-dən sərt karantin tətbiq edilir. Bu, yanvarın 18-də başa çatacaq”.

A Seriyası təmsilçilərinin vəziyyəti barədə danışan mütəxəssis, “Atalanta”nın futbolçusu Papu Qomesin keçə biləcəyi klublara toxunarkən, erməni futbolçu Henrix Mxitaryanın çıxışından da söz açıb:

“Qomesi hansı klubda görəcəyimi bilmirəm. Məsələn, “Roma”da onun mövqeyində Mxitaryan oynayır. “Yuventus”da da belə futbolçular çoxdur. “Napoli”də Lorenso İnsinyenin adını çəkə bilərəm. Mxitaryan “Roma”da çıxış edir, yaxşı qollar vurur, əla performans sərgiləyir. Təbii ki, Qomesə sahib olmaq əlavə silahdır, amma düşünmürəm ki, “Atalanta” onu Çempionlar Liqası üçün əsas rəqiblərindən birinə satsın”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button