Erməni futbolçu növbəti matçı buraxa bilər
“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan “Venesiya” ilə qarşılaşmanı buraxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu dünənki məşqi çox yorğun hiss edərək başa vurub.
Ermənistanlı yarımmüdafiəçinin durumu bu gün qiymətləndiriləcək. O, ola bilsin ki, A Seriyasının bazar günü “Venesiya” ilə qarşılaşması başlayana kimi yüksək formada olmasın. Belə olan halda, onun meydandakı yerini Piotr Zelinski tutacaq.
Mxitaryan bu mövsüm Simone İnzaqinin komandasında bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin