Milevski Azərbaycan millisi ilə keçiriləcək oyundan danışdı

Futbol üzrə Şimali Makedoniya milli komandasının baş məşqçisi Blaqoya Milevski yoldaşlıq matçları haqqında danışıb.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib:

“Bizi seçmə mərhələyə hazırlıq xarakteri daşıyan iki qarşılaşma gözləyir. Yığma üçün faydalı olacaq müxtəlif variantları sınayacağıq.

Finlandiya super komandadır, onların son püşkatmada ikinci səbətdə olması təsadüfi deyildi. Qarşıdakı matçlar bizə istiqamət verəcək. Yaxşı kollektivimiz var və buna görə də keyfiyyətli rəqiblərlə sınaq oyunlarına ehtiyac duyuruq. Son matçlar bizə nə etməli olduğumuzu başa düşmək üçün yol göstərdi”.

Şimali Makedoniya – Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button