“Müvəqqəti baş məşqçi olmaq istəmirəm, ambisiyalıyam” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu (3:1) şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“İlk oyun idi. Fasilədən sonra bütün komandalar üçün çətin olur. Futbolçularım qol buraxdıqdan sonra oyundan qopmadılar. İkinci hissədə əzmkarlıq göstərdik. Futbolçularımı təbrik edirəm. Görüləcək işlər çoxdur. Növbəti oyunlara köklənməliyik.

Təlim-məşq toplanışından əvvəl də problem var idi. Oyunun ilk hissəsində daha kəsərli oynaya bilərdik. İkinci hissədə daha çox motivasiya ilə oynadıq. Daha çox qüvvə ilə hücum etdik. Sonda istənilən nəticəni qazandıq”.

Sadıqov bu qış komandadan göndərilən Nemanya Andelkoviçin ayrılıq səbəbləri barədə də danışıb:

“Hər bir məşqçi insani xasiyyətlərindən formalaşır. Müəyyən məsələlər var ki, onlar olmamalıdır. Andelkoviçlə danışdıq. Onunla yollarımızı ayırdıq. Futbolçunun məşqçi ilə anlaşmazlığı varsa, yollar ayrılmalıdır. Belə qərarlar mənim tərəfdən çox olacaq. Futbolçu qarşısına böyük hədəf qoymayacaqsa, nəticəni düşünməyəcəksə, onunla yollar ayrılacaq. Mən məşqçi karyeram boyu müvəqqəti çalışmaq istəmirəm. Mən çox ambisiyalıyam.

Təlim-məşq toplanışımız çox uğurlu alındı. Çox sayda futbolçu bizə təklif edildi. Komandanın məşqləri çox yaxşı keçdi. Futbolçularım çox məsuliyyətli idi”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button