Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında – FOTO

Rumıniyalı əfsanəvi futbolçu Adrian Mutunun “Neftçi”ni seçməsi bütün dünyada maraqla qarşılanıb.

Komanda.az xəbər verir ki, dünyanın bir sıra məşhur saytları – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbuatında rumıniyalı mütəxəssislə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid geniş işıqlandırılıb.

Bundan əlavə, “Neftçi”nin Sankt-Peterburq toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskavada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşüblər, şəkil çəkdirib avtoqraf alıblar. Sankt-Peterburq və Moskvadakı hava limanlarında da ona maraq yüksək olub. “Neftçi”nin sosial media səhifələrindəki paylaşımlara gələn reaksiyalardan da görünür ki, Adrian Mutunun komandaya baş məşqçi təyin olunması böyük əks-səda doğurub, “Neftçi”nin bütün dünyada tanınması baxımından da əlamətdar olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button