Mutu: “Məqsədim “Neftçi”ni layiq olduğu yerə qaytarmaqdır”
“Məqsədim “Neftçi”ni layiq olduğu yerə – Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və ölkəni Avropada qürurla təmsil etməkdir”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu klubla müqavilə imzalanma mərasimində deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, “ağ-qaralar” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur:
“Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.
Mutu ilə klub arasında 2 illik müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin