Mutu: “Hazırda bizə yaxşı nəticələr lazımdır”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, tənqidlərin kifayət qədər olduğunu bildirib:

“Nəticələr üçün vaxt vacibdir. Səbir və inam da önəmlidir. İstədiyimiz sabit oyun üçün nə qədər vaxt lazım olacaq? Bu sualı cavablandırmaq çətindir. Çalışmalı və çox işləməliyik”.

Rumıniyalı baş məşqçi bütün komanda üzvlərinə eyni şansı verdiyini söyləyib:

“Ən yaxşı formada olan futbolçunu start heyətinə daxil edirik. Hazırda bizə yaxşı nəticələr lazımdır”.

Mutu, Yens Anderssonun idman direktoru təyin olunmasına da toxunub:

“Biz eyni məqsəd üçün birlikdə çalışmalı və əməkdaşlıq etməliyik. Onun yaxşı nəticələr əldə edəcəyinə inanıram”.

O, yeni transfer Reziuan Mirzov haqqında da danışıb:

“Onun son matçda göstərdiyi performans məni qane etdi. Nəzərə almalıyıq ki, komandaya hazırlıqsız qoşulmuşdu”.

Baş məşqçi 11-ci turda üz-üzə gələcəkləri “Sabah”la görüş barədə fikirlərini də bölüşüb:

“Rəqib yaxşı komandadır. Onlara qarşı birinci dövrədə oynamışıq. Növbəti matç da ağır keçəcək. Futbolçular sonadək mübarizə aparacaqlar və əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button