Mutu: “Bu cür oyundan sonra üzülürəm”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyanın “Zenit” komandasına 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandasının “Neftçi Arena”da baş tutan qarşılaşmadakı performansından razı qaldığını deyib:

“Bu cür oyundan sonra üzülürəm. Çünki çempionat oyunlarına da eyni formada məşqlərlə hazırlaşırıq. “Zenit” kimi güclü rəqiblərə qarşı yaxşı oynayırıq, digər matçlarda fərqli davranış olur.

Çətin oyun oldu, güclü rəqiblə qarşılaşdıq. Futbolçuların meydançadakı davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə davam edəcəyik”.

Mutu çempionatda bu səviyyədə oyun ortaya qoya bilməmələrinin səbəbi barədə sualı belə cavablandırıb:

“Mənim bu suala cavabım yoxdur. Sadəcə, Reziuan Mirzovun qollar vurması, formaya düşməsi məni sevindirir.

“Neftçi” kimi böyük klubda çalışıram, ətrafımdakı dostlar mətbuatı izləyib mənə tərcümə edirlər. Dili bilmədiyim üçün yaxından izləyə bilmirəm. Amma gələcəkdə yaxından izləməyə çalışacam. Yeni gələnlərə uyğunlaşma prosesi elə də asan deyil. Bəzi çempionatlarda tələblər başqa olur, məğlubiyyətdən sonra tənqid çox olmur. Amma burada elə deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button