Mutu braziliyalı futbolçunu “Neftçi”də görmək istəyir

“Neftçi”nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçunun adı məlum olub.

Komanda.az xəbər verir ki, Mutu klub rəhbərliyindən Rumıniya CFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib. Bu barədə “prosport.ro” saytı məlumat yayıb.

Bakı klubunun bunun üçün danışıqlara start verdiyi bildirilir. “Neftçi”dən başqa, Mutunun keçmiş klubu “Rapid” də 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

CFR-in braziliyalı oyunçu üçün 500 min avro istədiyi iddia olunur.

“Neftçi” ötən gün Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button