“İnanın mənə, bu təxribatların hamısı boşa çıxacaq” – Həbib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı çıxışına münasibət bildirib.

Komanda.az xəbər verir ki, rusiyalı idmançı, “instagram” hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Biz müsəlmanlarıq, peyğəmbərimiz həzrəti Məhəmmədi analarımızdan, atalarımızdan, uşaqlarımızdan, ürəyimizə yaxın olan bütün insanlardan daha çox sevirik. İnanın mənə, bu təxribatlar hamısı boşa çıxacaq”.

UFC-də yüngül çəkidə kəmər sahibi olan Həbib Nurməhəmmədov sonuncu döyüşündə Castin Qetjini məğlub edib və karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button