“Mütləq Portuqaliyaya qayıdacam!”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo bildirib ki, yaxın gələcəkdə doğma ölkəsi Portuqaliyaya qayıtmağı planlaşdırır.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, bu addımı karyerasının sonu kimi deyil, əksinə, ən yüksək səviyyədə olarkən atmaq istədiyini deyib:

“Bəli, mütləq Portuqaliyaya qayıdacam. Bu hələ baş verməyib, amma qaçılmazdır. Ancaq mən vətənimə karyeramı başa vuranda dönmək niyyətində deyiləm. Sakitcə karyeramı yekunlaşdırmaq üçün qayıtmaq fikrim yoxdur. Mən gücümün, enerjimin və iddialarımın ən yüksək nöqtəsində geri dönmək istəyirəm. Buna görə, bəli – qayıdacam!”

Portuqaliyalı mütəxəssis həm klubda, həm də millidə çalışmaq variantlarına açıq olduğunu bildirib. “Hansını seçərdiz” sualına isə qısa və aydın cavab verib: “Hər nə olarsa”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button