
Mustafayevli “Polesye” səfərdə sevindi
Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin komandası – “Polesye” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə LNZ ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
Emil də bu görüşün iştirakçısı olub. O, bu matçın start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
4 turdan sonra “Polesye” 6 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin