Mustafayevli “Aleksandriya”dan inamlı qələbə

Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Metallist 1925” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən inamlı qələbə ilə ayrılıb – 2:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

“Aleksandriya” 14 turdan sonra 23 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button