Mustafayevli “Aleksandriya”dan heç-heçə

Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Odessa”nın (Çernomorets) qonağı olub. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 45-ci dəqiqədə əvəzlənib.

“Aleksandriya” hazırda 32 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button