Mustafayevli “Aleksandriya” təxirə salınmış oyundan 1 xalla ayrıldı
Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, günün yeganə oyunu azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” ilə “Dnepr-1” arasında baş tutub.
Sözügedən kollektiv səfər oyunundan heç-heçə ilə ayrılıb – 1:1.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb və sonadək oynayıb.
“Aleksandriya” hazırda 39 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin