
Mustafayevli “Aleksandriya” səfərdən 3 xalla qayıtdı
Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Lvov”un qonağı olub. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 90+3-cü dəqiqədə sarı vərəqə də alıb.
“Aleksandriya” hazırda 37 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin