Mustafayevin komandasından “Vorskla” ilə heç-heçə
Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Emil bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 4 turdan sonra 7 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin