Mustafayevin komandası Ukrayna çempionatına qələbə ilə başladı

Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İnqulets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button