
Mustafayevin komandası Konfrans Liqasında
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” Ukrayna Premyer Liqasında 30-cu tur oyununa çıxıb.
Komanda.az xəbər verir ki, komanda evdə “Şaxtyor”la (Donetsk) qarşılaşıb.
Görüş “Polesye”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mustafayev meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Bu qələbə sayəsində “Polesye” xallarının sayını 50-yə çatdıraraq 5-ci yeri tutub və Konfrans Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin