
Mustafayevin komandası Kiyev “Dinamo”su ilə bacarmadı
Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv Kiyev “Dinamo”sunu qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Aleksandriya” hazırda 42 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin