Mustafayevin komandası Donetsk “Şaxtyor”u ilə bacarmadı

Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.

Mustafayev bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən Emilin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” 18 turdan sonra 26 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button