
Mustafayevin komandası 1/4 finalda
Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin komandası “Polesye” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Dnepr-1” ilə qarşılaşıb. Əsas vaxtı heç-heçə (1:1) bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Polesye” 1/4 finala yüksəlib. Emil bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin