Mustafayevin 200-cü oyunu


Azərbaycan Premyer Liqasının 24-cü turunda “Kəpəz”lə keçirilən oyun “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev üçün yubileylə əlamətdar olub.

Komanda.az xəbər verir ki, 29 yaşlı oyunçu çempionatda 200-cü oyununa çıxıb.

Bu, “Kəpəz”ə evdə 1:2 hesabı ilə məğlub olduqları matça təsadüf edib. Mustafayev çempionat keçirdiyi 200 görüşdə 2 qol vurub.

Vüqar Mustafayevin debütü 2013-14 mövsümündə “Bakı” klubunun heyətində reallaşıb. Futbolçu karyerası ərzində elitada 5 komandanın şərəfini qoruyub. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyuna çıxıb. Vüqar “Qarabağ” və “Zirə” ilə matçda fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button